"Financial Times"a görə, Azərbaycanla eyni vaxtda Rusiya, Argentina, Türkiyə və Cənubi Afrika da suveren istiqraz emissiyası həyata keçirəcək. Lakin mütəxəssislərin fikrincə, neftin qiymətindəki son artım Azərbaycan istiqrazlarını daha cəlbedici edəcək. Qəzet Cənub Qaz Dəhlizi layihəsinin 45 mlrd. dollar dəyərində olduğunu və Azərbaycan üçün önəmli olduğunu qeyd edərək bildirib ki, adı çəkilən boru kəməri Azərbaycan qazını Avropaya çatdıracaq.
"Cənub Qaz Dəhlizi" şirkətinin 51%-i dövlətə, 49%-i isə SOCAR-a məxsusdur. Azərbaycan yaxın 3 ildə layihəyə 12 mlrd. dollar investisiya qoymalıdır və bu səbəbdən maliyyə mənbələri axtarışındadır. GPW risk menecmenti şirkətinin Orta Asiya və Qafqaz üzrə analitiki Livia Paqliye qeyd edib ki, neft qiymətlərinin düşməsi SOCAR-a mənfi təsir edib və bu səbəbdən layihənin maliyyələşməsində çətinlik yaranması təbiidir", - deyə qəzet vurğulanıb.
"Financial Times" Azərbaycanın yalniz bir suveren istiqrazı olduğunu və bunun 2014-cü ildə emissiya edildiyini qeyd edib. Onun qiyməti bu ilin yanvar-fevral aylarında neft qiymətlərinin kəskin azalması fonunda azalıb və gəlirlilik 1 bənd artaraq 6,7% təşkil edib.
"Aberdeen Asset Management" şirkətindən Entoni Simond (Anthony Simond) bildirib ki, Azərbaycan çətin iqtisadi mərhələni artıq keçib, reytinq şirkətləri onun reytinqini azaldıb: "Lakin ölkənin suveren fondu var və o, kifayət qədər vəsaitə sahibdir. Hesab edirik ki, neftin qiyməti 35-40 dollar səviyyəsində sabitləşsə, Azərbaycanın inkişafı davam edəcək".