A+
A–

Bakı, 12 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurasının növbəti iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Apellyasiya Şurasının fəaliyyəti ilə bağlı təşkilati məsələlər, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsində verilmiş tapşırıq və tövsiyələrin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib.
İclasda, həmçinin İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə Apellyasiya Şurasında baxılması nəzərdə tutulan şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları qəbul olunub.
AZERTAG.AZ :İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılacaq şikayətlərin əhatə dairəsinin müəyyənləşdirilməsi meyarları qəbul olunub