A–
Bakı, 12 mart, Nihad Budaqov, AZƏRTAC
Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” bu ilin ikinci rübü üzrə neftin qiyməti ilə bağlı proqnozunu artırıb.
AZƏRTAC xəbər verir ki, bankın yeni hesabatında “qara qızıl”ın cari ilin ikinci rübü üzrə proqnoz qiymətinin 25-45 dollar/barrel arasında olacağı bildirilir. “Goldman Sachs” bu ilin ilk rübü üçün neftin qiymətinin orta hesabla 20-40 dollar/barrel arasında olacağını proqnozlaşdırmışdı.
Hesabatda ABŞ-dakı neft ehtiyatları azalacağı təqdirdə “qara qızıl”ın qiymətinin gələn il daha da bahalaşacağı qeyd edilib. Belə ki, bank 2017-ci ildə neftin qiymətinin orta hesabla 55-60 dollar/barrel arasında olacağını nəzərdə tutur.
Qeyd edək ki, “Goldman Sachs” keçən ilin dekabrında “qara qızıl”ın qiymətinin 20 dollar/barrelədək ucuzlaşacağı xəbərdarlığını etmişdi.
AZERTAG.AZ :“Goldman Sachs” bu ilin ikinci rübü üzrə neftin qiyməti ilə bağlı proqnozunu artırıb