“Star life” verilişi şou əhli arasında sorğu aparıb.

Axşam.az-ın məlumatına görə, Novruz ərəfəsində tanınmışlara “Şou-biznesin Bahar qızı, Kosası və Keçəli kim ola bilər” sualına belə cavab verib:

Ayan Babakişiyeva – Bu il Bahar qızı Aygün Kazımova olsun. Elə özüm də ola bilərəm. Gözəl qızam... Kosa Əbdül Xalid olsun. Keçələ gəldikdə isə... Bayram günü qana düşərəm. İlqar Xəyal, Aqil M.Quliyev Keçəl ola bilər.

Samira Allahverdi – Zülfiyyə xanbabayevanı görmək istəyərdim. Sənətinə hörmət etdiyim Arzu rzayev Keçəl olsun.

Samir Piriyev – Aygün Kazımovanın bahar qız olmasını istəyərdim. Keçəllərimiz hamısı başına tük əkdirib.

Rüfət Axundov – Bahar qızı elə Fatimə Fətəliyevanı seçək. Kosa özüm olum, vaxtında bu obrazı oynamışam da.

Fatimə Fətəliyeva – bahar qızı Samira Allahverdiyə deyərdim. Kosa Rüfət Axundov olar. Keçəl Arzu Rzayev.

Əbdül Xalid – O vaxtlar, Bahar qızı Mətanət İsgəndərli, Məleykə Əsədova olurdu. İndi Sevda Yahyayeva, Aysel Əlizadə ola bilər.

Niyam Salami – Bahar qızı Röya Ayxan olsun. Bu ilki uğuruna sevindim. Kosa elə özüm olum. Bu saat xanıma nəsə demək asandı, nəinki kişiyə.

Xatirə İslam – Bahar qızı özüm ola bilərəm. Məndən artıq adam olacaq? Kosa Elnur Məmmədov ola bilər. Aşıq Əliyə Keçəl deyərdim.

Ceyhun Əliyev – Xatirə İslam olsun. Kosa Əli Mirəliyevi görürəm.

Sevda Sanəliyeva – Bahar qızı özüm ola bilərəm. Kosa Zamiq Hüseynov olsun. Elariz Məmmədoğlu isə Keçəl.

Gülay Zeynallı – Bahar qızı özümü görürəm. İstərdim Vasif Məhərrəmli Kosa olsun. Kamilin (həyat yoldaşı, idmançı Kamil Zeynallı – red.) başında tük olmasaydı ona Keçəl deyərdim. Aşıq Əli Keçəl ola bilər.