ANS PRESS-in məlumatına görə, antiterror əməliyyatları, əsasən, ölkənin şimal-şərq hissəsində keçirilir.
Boko Haram silahlıları fevral ayının əvvəlindən Kamerunun Fotokol şəhərinə hücum etməyə başlamışdılar. Fotokol şəhəri Qərbi Afrika ilə Mərkəzi Afrikanı birləşdirən region olduğu üçün vacib strateji əhəmiyyət kəsb edir. Şəhər, eyni zamanda, ticarət baxımından da vacib bölgə hesab olunur.
Ölkədə radikal din qanunları tədbiq etməyə çalışan qruplaşma Qərb təhsilinə qarşı çıxır.
İndiyə qədər Boko Haram silahlıları tərəfindən törədilən partlayışlar da minlərlə insan ölüb.
Silahlılar mart ayında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin baş tutmaması üçün əllərindən gələni edəcəyini deyib. Mənbə
Associated Press