Bakı. Trend:

Rusiyanın "Krasnoe Sormovo" gəmiqayırma zavodu martın sonunadək Azərbaycan üçün iki tankerin inşasına dair müqavilə imzalayacaq.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu müəssisənin baş direktoru Nikolay Jarkov deyib.

"Martın sonunadək Bakı şirkəti ilə RST27 tipli iki tankerin inşası üçün müqavilə imzalayacağıq", - deyə Jarkov bildirib.

Bizi Twitter-dən izləyin: @trend_az