A+
A–

Qahirə, 28 mart, AZƏRTAC
İordaniyada Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyinin (TİKA) ofisi açılıb.
Əmmanda nümayəndə heyətlərinin iştirakı ilə keçən görüşlər başa çatdıqdan sonra baş nazir Əhməd Davudoğlu TİKA ofisinin açılışında iştirak edib. Baş nazir yeni ofisdəki iş şəraiti ilə tanış olub. Türkiyə hökuməti başçısını xarici işlər naziri Mövlud Çavuşoğlu və iqtisadiyyat naziri Mustafa Əlitaş müşayiət edib.
Bu gün Türkiyə və İordaniya baş nazirlərinin iştirakı ilə Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA) və Hicazın Dəmir Yol İdarəsi Hicaz dəmir yolu stansiyasının bərpa edilməsi barədə müqavilə imzalayıblar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
AZERTAG.AZ :İordaniyada Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyinin ofisi açılıb