A–
Bakı, 31 mart, AZƏRTAC
Rusiyanın tanınmış fiqurlu konkisürmə üzrə məşqçisi İqor Paşkeviç faciəvi şəkildə ABŞ-ın Mayami şəhərində həlak olub.
AZƏRTAC xəbər verir ki, 44 yaşlı mütəxəssisin ölüm xəbəri bu ölkənin fiqurlu konkisürmə üzrə federasiyanın rəsmi saytında yer alıb. Lakin ölümün təfərrüatı barədə xəbər verilməyib.
Qeyd edək ki, İ.Paşkeviç SSRİ-nin beynəlxalq dərəcəli idman ustası, Avropa çempionatının (1996-cı il) gümüş mükafatçısı, gənclər arasında dünya çempionu (1990-cı il) olub. 1997-ci ildə isə Azərbaycan yığmasının heyətində çıxış edib. İ.Paşkeviç son illərdə məşqçilik fəaliyyətini Amerikada davam etdirib.
AZERTAG.AZ :Rusiyanın tanınmış fiqurlu konkisürmə üzrə məşqçisi vəfat edib