Əməkdar artist, Opera və Balet Teatrının solisti Təyyar Bayramov Rusiyada keçirilən "Зов Урала" adlı xalq musiqi orkestrı və ansamblının beynəlxalq müsabiqəsinə qatılıb.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı yarışmada birinci yeri tutub.

Müsabiqədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Tatarıstan, Belarusiya, Rusiya Federasiyasının vilayətləri və digər ölkələr iştirak edib. Müsabiqədə 500-ə qədər insan yer alıb.

Azərbaycan nümayəndə heyətinin tərkibində Təyyar Bayramovla yanaşı, tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusifov təmsil olunub.