ABŞ rekord ehtiyatını açıqladı, neft ucuzlaşdı

ABŞ rekord ehtiyatını açıqladı, neft ucuzlaşdı
23:37 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın strateji ehtiyatı daxil olmayan kommersiya neft ehtiyatları son həftədə 7,7 milyon barrel artaraq 425,6 milyon barrelə çatıb.
 
Bu isə son 80 ilin rekord göstəricisidir.
 
Milli.Az Reuters-ə istinadən bildirir ki, ABŞ-ın Energetika Nazirliyinin yaydığı bəyanata görə, benzin eştiyatları 600 min barrel artaraq 243,1 milyon barrelə çatıb.
Açıqlamadan sonra Brent markalı neft London birjasında ucuzlaşaraq 1 barrel üçün 59,95 dollara enib.
 
Hazırda neft hasilatı həcminə görə ABŞ dünya lideridir.
 
Ötən il Birləşmiş Ştatlarda sutkada 11,81 milyon barrel neft çıxarılıb.
 
"Goldman Sachs" bankının ekspertləri hesab edirlər ki, yaxın 3 ayda Brent markalı neftin 1 barreli 42 dollar, WTI markalı neftin 1 barreli isə 41 dollar olacaq.
 
İlin sonunadək neftin qiymətlərində əhəmiyyətli yüksəlişin olimayacağı vurğulanır.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/43110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR