Əməkdar artist Aybəniz Haşımova əsgərlərə səslənib.

Axşam.az-ın məlumatına görə, müğənni cəbhədə döyüşən əsgərlərə hər an dəstək durmağa hazır olduğunu bildirib.

A.Haşımova “Bilin ki, biz sizin yanınızdayıq. Bir sözünüz yetər, bir ananız kimi yanınızda durmağa belə hazıram. Yeməyinizi belə bişirməyə, paltarınızı yumağa belə hazıram. Ürəyinizi sıxmayın, gözünüz arxada qalmasın” deyə, fikirlərini ifadə edib.