İTV-dən Elnur Hüseynovla bağlı AÇIQLAMA

İTV-dən Elnur Hüseynovla bağlı AÇIQLAMA
13:29 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

İctimai Televiziya “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynovun “Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərə münasibət bildirib.

 

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, E. Hüseynovun “Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərlər həqiqətə uyğun deyil: “İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, biz bu məsələ ilə bağlı heç bir sayta açıqlama verməmişik. “Eurovision-2015”də Azərbaycanı təmsil edəcək ifaçı məlum olanda İctimai TV rəsmi açıqlama ilə çıxış edəcək”.

 

Qeyd edək ki,  “O səs Türkiye” müsabiqəsinin qalibi Elnur Hüseynovun builki “Eurovision-2105” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəyi haqda xəbərlər yayılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR