Heydər Əliyev Sarayında mərhum bəstəkar Emin Sabitoğlunun xatirə gecəsi keçirilib.
Axşam.az-ın məlumatına görə, “Emin Sabitoğlunun musiqi dünyası” adlı gecədə xalq artistləri Flora Kərimova, Aygün Bayramova, Könül Xasıyeva, Heydər Anatollu, Gülyanaq və Gülyaz Məmmədovalar, əməkdar artistlər Mətanət İsgəndərli, Aybəniz Haşımova, Aygün Bəylər, Aşıq Samirə, populyar müğənnilər Natəvan Həbibi, Günay İbrahimli, Xatirə İslam, Rəvanə Ərəbova, Gülay Zeynallı, Mirkamil Kamilov, Elçin Cəfərov və “Şeron” vokal qrupu bəstəkarın mahnılarını ifa ediblər.
Konsertdə ilk olaraq şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdən əldə olunan vəsaitin bir qismi Silahlı Qüvvələrin Yardım Fonduna köçürüləcək.
Foto: Ramin ASLANOV









