Elnur qələbə çaldı, ortalıq qarışdı

Elnur qələbə çaldı, ortalıq qarışdı
14:26 20 Fevral 2015
360 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"nin qalibi Elnurun qələbəsindən sonra səs-küy səngimək bilmir. ANS PRESS-in türk mətbuatına istinadən verdiyi mlumata görə, Elnur Hüseynovun qələbəsi onun səsinə heyran olan jüri üzvlərinin heç də ürəyindən olmayıb.
Bu işə sevinən isə ancaq Elnurun komandasının rəhbəri olan Ebru Gündeş olub.

İddiaya görə, final mərasimində nəticələr açıqlanandan sonra ən çox əsəbləşən Göhkan olub. Finalda Gökhanın komandasından olan Kaya ilə yarışan Elnurun çempionluğu elan ediləndən sonra hirslənən müğənni studiyanı səssiz səmirsiz tərk edib. Digər müsiflər heyəti də E.Gündeşi təbrik etməyiblər. Studiyada tək qalan müğənni aylardır birlikdə olduğu həmkarlarından çox inciyib.

Onun yanında isə ancaq Elnuru dəstəkləyən məşhur müğənni Demet Akalın və Acun Ilıcalı olub.

Gecə saatlarında ancaq Hadisə E.Gündəşə zəng edərək təbrik edib.

Xatırladaq ki,E.Hüseynov "O Səs Türkiyə" səhnəsinə çıxdığı ilk andan bütün türkləri heyran edib. Onun ifaları hər zaman böyük ajotaj doğurub və bütün zal tərəfindən ayaqüstə alqışlanıb. Adıçəkilən yarışmanın müsiflər heyətində oturan 4 sənətçi də onu komandasına cəlb etmək istəsə də Elnur Ebru Gündəşi seçmişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=327208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR