60 yaşlı qadının meyiti öz mənzilindən tapıldı

60 yaşlı qadının meyiti öz mənzilindən tapıldı
13:01 2 Yanvar 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda mənzillərin birində 60 yaşlı qadın meyiti aşkar edilib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1955-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən Ağamalıyeva Elmira Nağı qızı huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E.Ağamalıyevanın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:14-də başa çatıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR