Çin dənizdə qala tikir - FOTO

Çin dənizdə qala tikir - FOTO
16:47 20 Fevral 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Çin dənizindəki Spratli arxipelaqındakı 3 kiçik adada Çin hərbi baza tikir.
 
"Defence Weekly IHS Jane" jurnalının Asiya-Sakit Okean regionu bölməsinin redaktoru Ceyms Hardinin dediyinə görə, həmin adalarda ilk əvvəl beton platformalar vardı.
 
İndisə orada helikopter meydançaları, uçuş-eniş zolaqları, böyük sayda hərbi kontingenti yerləşdirə biləcək tikililər var.
Milli.Az CNN-ə istinadən bildirir ki, Sprartli arxipelaqı mübahisəli ərazidir. Bu arxipelaqa Çin, Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnam iddialıdır.
 
Əsas səbəb arxipelaqın ətrafındakı bol balıq ehtiyatı, habelə okean təkinin təbii ehtiyatlarla zəngin olmasıdır.
 
Apxipelaqdakı Hyuz mərcan adasında Çin 75 min kvadrat metr əraziyə malik süni ada yaradıb.
 
Cənubi Conson və Qavena mərcan riflərində də Çin hərbi obyektləri tikir.
 
Milli.Az
 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR