Deputat Elnur Hüseynovla görüşdü - FOTO

Deputat Elnur Hüseynovla görüşdü - FOTO
23:12 20 Fevral 2015
170 Şou
Ölkə mətbuatı
A- A+

Deputat Qənirə Paşayeva "O səs Türkiyə" müsabiqəsini qalibi Elnur Hüseynovla görüşüb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, millət vəkili bu barədə Facebook-da yazıb:

"İstanbulda Qarabağla bağlı tədbirlərdən sonra Elnurla görüşdük və anam, bacım, Günay xanımla (Günay Musayeva - red.) birlikdə onu təbrik edib, uğurlar arzuladıq, geniş söhbət etdik. Dedi-qodulara önəm verməməsini, bundan sonra musiqi ilə bağlı daha da çox çalışmasını söylədik. "Bar verən ağaca daş atan çox olar" deyiblər. Ortada bir gerçək var o da Elnurun böyük musiqi istedadıdır. Elnur vətənimiz Azərbaycanda və qardaş Türkiyədə onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirdi və Türkiyədə insanların əksəriyyətinin ona sevgi ilə yanaşdığını dedi. Bəzi pis niyyətlilər isə hər yerdə var.

İnşallah inanırıq ki, Elnur bundan sonra da özünün gözəl sənət uğurları ilə insanlarımızı sevindirməkdə davam edəcək. Azərbaycanla bərabər qardaş Türkiyəni də özünün sənət uğurları ilə sevindirməklə Türkiyədəki insanlarımıza doğru seçim etdiklərini hər zaman hiss etdirəcək. Uğurlar Elnur.

Qardaş Türkiyəyə isə təşəkkürlər. Gənc istedadlı insanlarımıza daha çox mənəvi dəstək verməliyik və onları yıpratmaq, ruhdan salmaq istəyənlərə imkan verməməliyik. Ruhdan salmaq üçün səbəb axtarmaq gərək deyil onu hər zaman hər kəsdə tapmaq olar amma dəstək olmaqla onun daha da böyük uğurlara imza atmasına nail ola bilərik".

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/325847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR