Müğənni-bəstəkar Murad Arif ifaçı Ayaz Qasımovla aralarındakı inciklikdən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla" verilişində qarşı tərəfin ondan tez-tez küsdüyünü etiraf edib:

"Hərdən çəkilişdə oluram, Ayazın zənginə cavab verə bilmirəm. Həmin an "Yekəxanalıq edirsən yenə qardaşım, belə olmaz" mesajını yazır. Elə bil bu mesaj Ayazın telefonunda hazırdır, həmin an göndərir. Bizim aramızda inciklik Mirkalamın "Tavla" mahnısına görə oldu. Mən mahnını oxudum, Ayaz da gəldi ki, oxuyacam. Mənim ifamı radioda eşidəndən sonra Ayazın yadına düşüb. O da uşaqlıqda Mirkalama qulaq asıb. Həmin vaxt ona dedim ki, oxuma mahnını, mən ifa edirəm".