Şaxtalar 23 can aldı

Şaxtalar 23 can aldı
11:32 21 Fevral 2015
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bu həftə ABŞ-ın şərq rayonlarında qeydə alınan güclü şaxtalar nəticəsində ən az 23 nəfər ölüb
APA-nın məlumatına görə, təkcə Tennessi ştatında 18 nəfər anomal hava şəraitinin qurbanı olub. Ölüm halları daha çox yol-nəqliyyat hadisələrində qeydə alınıb, digər şəxslər isə donaraq ölüb.

Daha bir neçə nəfər Noks dairəsində yaşayış evində baş vermiş yanğında həyatla vidalaşıb.

Bununla yanaşı, ştatın 2700-dən çox sakini mürəkkəb hava şəraiti ucbatından elektrik enerjisiz qalıb.

Bəzi ştatlarda havanın temperaturunun -40 dərəcəyədək düşəcəyi gözlənilir.

Fevralın 17-də məlumat verilmişdi ki, ABŞ aviaşirkətləri anomal qar yağışı səbəbindən 2,6 min reysi təxirə salmalı olub.

Daha pis hava şəraiti Şimali Karolina, Tennessi və Nyu-York ştatları, həmçinin Vaşinqton ətrafında yerləşən paytaxt regionu aeroportlarının işinə təsir edib.

Güclü qar və aşağı temperatur ABŞ-ın Atlantik və Orta Qərb regionunun əksər ştatlarında qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR