Terrorçular geri çəkilir

Terrorçular geri çəkilir
04:46 22 Fevral 2015
79 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriya hərbi qüvvələri strateji şəhərin nəzarətini Boko Haram qrupundan geri aldığını bildirib.

ANS PRESS-in məlumatına görə, hərbi qüvvələrin Tvitter səhifəsində açıqladığı mesajda yaraqlıların bu ilin əvvəli iki min adamın ölümülə nəticələnmiş qətliam törətdiyi Baqa şəhərinin nəzarətini ələ keçirdiyi bildirilib.

Nigeriya, Çad, Niger və Kamerunun sərhəddində əsas təchizat yolu üzərində yerləşən şəhərə yanvar ayından yaraqlılar nəzarət edirdi. Şəhər sakinlərinin çoxu ərazini tərk etməli olub.

Nigeriya hərbi qüvvələri şənbə günü baş vermiş döyüş zamanı tələfatlar verildiyini və ərazinin təmizləndiyini bildirib. Hərbi qüvvələr döyüşlə bağlı təfərrüatların bir qədər sonra açıqlanacağını bəyan edib. Bəyanatda həmçinin şəhərə nəzarətin geri alınması əməliyyatının Nigeriya hərbi hava qüvvələrinin müşayiətilə keçirildiyi vurğulanıb.

Baqa şəhəri Boko Haram qrupuna qarşı mübarizə aparan birgə qüvvələrin Doron Baqa hərbi bazasına yaxın yerləşir. Keçən ay Niger, Çad və Kamerunun yaraqlılarla mübarizə aparmaq üçün Nigeriyaya hərbi qüvvə göndərdikdən sonra ərazidə döyüşlərin artdığı müşahidə edilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR