Dərs oxumayana musiqi "cəzası"

Dərs oxumayana musiqi "cəzası"
20:05 2 Yanvar 2015
276 Maraqlı
Ölkə mətbuatı
A- A+

Musiqi dərsləri uşaqların psixikasına müsbət təsir edir

Alimlər bir müddət əvvəl aşkar etmişdilər ki, baş beynin konkret sahələrində qabığın qalınlaşması və ya nazikləşməsi həyəcan, depressiya, aqressiv davranış və özünənəzarət problemlərini əks etdirir.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, yeni tədqiqatda onlar uşaqların psixi sağlamlığına musiqinin təsirini öyrənməyə çalışıblar.

Bunun üçün alimlər 6-18 yaş arası 232 uşağın beynini skan ediblər.

Nəticə belə olub: musiqi ilə məşğul olmaq beynin motor hissələrinə təsir edir, hərəkətlərin koordinasiyasını, nəzarət fəaliyyətini aktivləşdirir.  Davranışın tənzimlənməsinə cavabdeh olan beyin hissələrində də dəyişiklik baş verir. Məsələn, musiqi ilə məşğul olmaq icra funksiyaları, o cümlədən işçi yaddaş, diqqət və gələcəyin planlaşdırılmasına cavabdeh olan beyin hissələrinin qabığı sərtləşir.

Həmçinin emosiyalara nəzarət edən beyin hissələrinin qabığı da qalınlaşıb.

Beləcə, musiqi bir çox psixoloji problemin həllinə yardımçı olur. Bununla əlaqədar alimlər uşaqlarda psixi sapıntıların müalicəsində yeni metodun hazırlanmasını təklif edirlər. Mütəxəssislər hesab edirlər ki, musiqi elə sağlam adamlara da faydalıdır. Məsələn, o, çalışqanlığı artıra bilir. Yəni dərsə marağı olmayan uşaqları hətta məcburən oxumağa vadar edəndə musiqinin köməyilə müsbət nəticələr almaq mümkündür.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR