Dəhşətli yol qəzasında 5 nəfər ölüb

20:37 22 Fevral 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Ələt-Astara yolunda dəhşətli yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-ya verilən məlumata görə, fevralın 22-si saat 18.30 radələrində Ələt-Astara yolunun 83-cü kilometrliyində - Salyan rayonunun Şorsulu kəndi ərazisində “VAZ 2106” markalı avtomobillə TİR yük avtomobili toqquşub.

Hadisə nəticəsində “VAZ 2106”-da olan 5 nəfər - sürücü və sərnişinlər yerində ölüb.

Ölənlərin adı və digər təfərrüatlar dəqiqləşdirilir.

Hadisə yerində BDYPİ-nin müstəntiqləri araşdırma aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/326037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR