"Report" "The Financial Times"a istinadən xəbər verir ki, BoE iyunun 24-də İngiltərədə keçiriləcək referendum nəticəsində Britaniyanın Aİ-dən çıxması qərarına qarşı öncədən preventiv tədbirlər almağı planlaşdırıb. Belə ki, BoE iyun ayında bank sisteminin funksiyasını yerinə yetirmək qabiliyyətinin dəstəklənməsi məqsədilə 3 valyuta hərracı keçirəcək.
BoE Monetar siyasət komitəsinin üzvü Maykl Sondersə görə, ölkənin Aİ-dən çıxması halında funt sterlinq təzyiqlərlə üzləşəcək: "Funt sterlinqin digər valyutalara qarşı devalvasiyası isə 20%-ə qədər arta bilər".
İqtisadçılar Britaniyanın Aİ-dən çıxması halında BoE-nin maliyyə böhranı başlayandan etibarən ilk dəfə uçot dərəcələrini azalda biləcəyini bildirirlər.
"Pricewaterhouse Coopers" audit şirkətindən "The Guardian" qəzetinə verilən hesabat xarakterli açıqlamada Britaniyanın Aİ-dən çıxması ölkənin 100 mlrd. funt sterlinq və ya ÜDM-nin 5%-ni və 950 min iş yeri itirməsinə gətirib çıxaracağı qeyd olunub.