Məşhur teleaparıcı Zemfira Adıgözəlova və rejissor Nail Naiboğlunun uğurlu iş birliyi davam edəcək.

Milli.Az xəbər verir ki, Zemfira Adıgözəlova və Nail Naiboğlu yay ayları ərzində ard-arda silsilə şəkildə vətənpərvər ruhda sosial çarxların çəkilişlərini həyata keçirəcəklər.

Bu haqda məlumatı Z. Adıgözəlova özü Milli.Az saytına danışıb:

""Mən Azərbaycanam" adlı layihəmin bu qədər marağa və səs-küyə səbəb olacağını gözləmirdim. Bilirdim, bəyəniləcək. Amma tanımadığım insanların nömrəmi tapıb mənə təşəkkür etmək üçün zəng etmələri mənə əlavə stimul verdi. Təşəkkür edənlər arasında vəzifəli şəxslər də az deyildi. İnsanların bu marağından sonra qərar verdim ki, bu layihəni ardıcıl etmək lazımdır. Demək ki, insanların buna ehtiyacı var".

Z. Adıgözəlova "Mən Azərbaycanam" layihəsinin təqdimatından sonra bir sıra məşhur sənət insanlarının ondan incidiyini də əlavə edib:

"Layihənin həyata keçməsində 18 məşhur sima iştirak edib. Onların arasında Olimpiya çempionları, xalq artistləri, əməkdar incəsənət xadimləri və bir sıra müğənnilər iştirak ediblər. Hər bir iştirakçını seçmək üçün uzun müddət seçim etmişik. Hətta kollektiv arasında mübahisə də yaranıb. Çünki mətnə uyğun sima seçilməli idi. Layihədə çəkmədiyimiz bir sıra müğənnilər məndən inciyiblər. Amma belə bir layihədə kim gəldi çəkilə bilməz. Hazırda digər layihənin ssenarisi üzərində iş tamamlanıb. Komanda olaraq çəkilişdə iştirak edəcək məşhurlar arasında seçim edirik".

Xatırladaq ki, "Mən Azərbaycanam" layihəsi ötən həftə təqdim olunub. Layihədə xalq artistləri Alim Qasımov, Məleykə Əsədova, İlqar Muradov, Təranə Muradova, əməkdar artistlər Aybəniz Haşımova, Ədalət Şükürov, Lalə Məmmədova, rəqqasə Fatimə Fətəliyeva, idmançılar İlham Zəkiyev, Ayxan Mamayev, Eduard Məmmədov, müğənnilər Roza Zərgərli, Elnur Məmmədov və teleaparıcı Zemfira Adıgözəlova və digərləri işirak ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zemfira: "Onların arasında vəzifəli şəxslər də az deyildi" - VİDEO - FOTOZemfira: "Onların arasında vəzifəli şəxslər də az deyildi" - VİDEO - FOTO

Zemfira: "Onların arasında vəzifəli şəxslər də az deyildi" - VİDEO - FOTO
Zemfira: "Onların arasında vəzifəli şəxslər də az deyildi" - VİDEO - FOTO
Zemfira: "Onların arasında vəzifəli şəxslər də az deyildi" - VİDEO - FOTO