Xuraman Şuşalı küsülü olduğu müğənni ilə verilişdə barışdı - video

Xuraman Şuşalı küsülü olduğu müğənni ilə verilişdə barışdı -  video
10:51 23 Fevral 2015
105 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xuraman Şuşalı və Rəhim Rəhimlinin küsülü olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, bu haqda “A-dan Z-yə” verilişində danışan X.Şuşalı bunun səbəbini açıqlayıb:

“Əvvəllər münasibətlərimiz var idi, indi yoxdur. Bir radio verilişində haqqımda demişdi ki, ifasını bəyənmirəm. O, vaxtlar  Əhmədlidən Tarqovuya gəlib, onun mahnılarını oxuyurdum ki, gedib satsın. Bəyənmirdi, özümə deyərdi. Mənim də özümə görə hörmətim, sevənim var. Efirdən niyə danışırsan? Rəhim münasibəti tapdaladı, mənim də cavabım aqressiv oldu. İndi üz-üzə gəlsək, heç bir problem olmaz. Heç kəsə kinim yoxdur, barışmış kimiyəm. Qəlbimdə onu bağışlamışam. İlk addımı xanımın atması düz deyil".

Verilişin qonağı olan R.Rəhimli barışıq üçün ilk addımı atmayacağını bildirib:

“Hazırda fəaliyyətdə olan heç bir sənətçi ilə küsülü deyiləm. Bu sözümdə də haqlıyam. Xüraman hazırda gündəmdə deyil. Bu hadisə 2008-ci ildə olub. Xuramanı uzun illərdi tanıyıram. Radioda söhbət gedirdi, dedim: “Mahnımı Xuraman oxusa nə olacaq, oxumasa nə olacaq”. O da əsəbiləşib, açıqlamalar verdi. Mən ona zəng edib, barışıq üçün ilk addımı atmaram. Sabah hansısa məclisdə qarşılaşsaq, salam verəcəm”.

Daha sonra aparıcı Zaur Nəbioğlu Xuraman Şuşalıya zəng edərək, küsülü müğənniləri efirdə barışdırıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26931

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR