DİN polis əməkdaşının özünü öldürməsi faktı ilə bağlı məlumat açıqlayıb

13:02 23 Fevral 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 12:59 ]


 

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının özünü güllələyib öldürməsi faktı ilə bağlı məlumat yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də Baş Mühafizə İdarəsinin Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin manqa komandiri, polis baş serjantı Neman Tanrıverdiyev “Makarov” markalı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb.

Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapança, 2 ədəd güllə darağı, 15 patron və 1 ədəd giliz götürülüb.

Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR