"Həyat yoldaşım məni evdən qovur ki, get, efirə çıx" - VİDEO

"Həyat yoldaşım məni evdən qovur ki, get, efirə çıx" - VİDEO
13:05 23 Fevral 2015
403 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Emma Ələkbərzadə “Region TV”də yayımlanan “Şou məkan” verilişinə maraqlı açıqlamalar verib.

Müğənni şəxsi həyatı ilə bağlı bunları söyləyib: “Həyat yoldaşımla çox xoşbəxtik. Efirdə az görünməyimin səbəbi yoldaşımın icazə verməməsi deyil. Əksinə, həyat yoldaşım məni evdən qovur ki, get, efirə çıx. Bəzi müğənnilər kimi efirə çıxıb boşboğazlıq etmək istəmirəm. Ayda 1-2 dəfə çıxıram, onda da hörmətlə, izzətlə. Mən Əqrəbəm, amma ilanı yuvasından çıxarmağı bacarıram. Dostla düşməni ayıra bilirəm. Saf insanam, bu da ailədən gəlir. Ailəmizin adını, soyadını heç vaxt alçaltmarıq. Çətinliklərim olsa da, pozitiv görünməyə çalışıram. Nəsə problem olanda, öz otağıma çəkilib sızıldayıb inildəyirəm, amma insanlar arasına gülər üzlə çıxıram. Hər insanın öz zövqü var, məni kiminsə bəyənib-bəyənməməyi əsla maraqlandırmır”.

Tanınmış sənətçi xarici görkəmindəki dəyişikliklərdən də danışıb: “İndiki ağlım olsaydı, dietoloqun köməyilə arıqlamazdım. Sadəcə əməliyyat etdirərdim, mədəmə üzük qoydurardım, ya da mədəmin bir hissəsini tullayardım. Amma onun da fəsadları ola bilərdi. Mən sağlamlığım üçün arıqladım”.

Müğənni yaradıcılıq işləri haqda isə bunları söyləyib: “Əslində yeni mahnı var, amma tənbəllik edirəm. 2 aydır ki, aranjman hazırdır, sözlər var, amma mən gedib yazdırmıram. Söz verirəm ki, gedib yazdıracağam. Musiqi sahəsində çalışsam da, savadsızlıqla da mübarizə aparıram”.

Milli.Az

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/326112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR