Sevgili olduqlarını etiraf etdi

Sevgili olduqlarını etiraf etdi
13:41 23 Fevral 2015
148 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Ceyda Düvənci gözəllik salonundan çıxarkən obyektivlərə tuş gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa “Eşqin qanunu” serialında çəkildiyi həmkarı Bülənt Şakrakla evlənəcəyi xəbərlərinə münasibət bildirib. 

O, Büləntlə sevgili olduqlarını təsdiqləsə də, iyulun 11-də ərə gedəcəyi haqda gəzən söz-söhbəti şayiə adlandırıb:

“Dəqiq tarix hələ yoxdur. Bu barədə heç danışmamışıq. Həmin vaxt xarici ölkədə tətildə olacağıq. Amma evlənib qayıtmayacağıq, sadəcə dincələcəyik”.

Mələk şəkilli boyunbağısı ilə diqqət çəkən C.Düvənci onu B.Şakrakın hədiyyə etdiyini bildirib:

“Mələklərdən xoşum gəlir. Toy dəvətnamələrimdə bu aksesuardan istifadə edə bilərəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26943

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR