Martın 23-də Tərtər şəhər sakini R.Məmmədova məxsus içərisində qızıl əşyalar olan çantanı quldurluq yolu ilə almış şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki,

Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də şəhər sakini Ramiz Məmmədova məxsus içərisində 74500 manat dəyərində qızıl əşyalar olan çantanı quldurluq yolu ilə almış həmyerliləri Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayev tutulublar.

Araşdırma aparılır.