Hizbullah çərşənbə axşamı öldürülən hərbi lideri Mustafa Bədrəddinin kim tərəfindən öldürülməsini açıqlayıb.
Milli.Az avropa.info-ya istinadən bildirir ki, qruplaşma bu gün yaydığı bəyanatda Bədrəddinin Suriyada Əsəd rejiminə qarşı olan müxaliflər tərəfindən partladılaraq öldürüldüyünü bildirib.
Hizbullah lideri Həsən Nəsrullahdan sonra qruplaşmanın ikinci lideri olan Bədrəddin, Livan-Suriya sərhədində baş vermiş partlayış nəticəsində ölüb və cənazəsi dünən Beyrutda dəfn edilib.
Milli.Az