Türkiyədə yaşayan tanınmış aktrisa Məlahət Abbasova çəkildiyi "Sevda quşun qanadında" serialı haqda danışıb. Milli.Az-a açıqlama verən aktrisa serialın reytinqinin yüksək olduğunu vurğulayıb:
"Çəkilişlər bütün gücü ilə davam edir. 3 seriya çəkdik, yaxın günlərdə 4-cü seriyanın çəkilişinə başlayacağıq. Yaşanmış hekayə olduğu üçün TRT kanalının rəhbərliyi bu seriala çox önəm verir. Ona görə serialın qalasını da yüksək təşkil etmişdilər. 1-ci seriyanın reytinqi bir o qədər yüksək olmasa da, 2-ci seriyanın reytinqi çox yüksəldi və 8-ci sıraya düşdük. Bilirsiz ki, Türkiyədə serialın reytinqinin yüksək olması vacib şərtdir. İyun ayında yay tətilinə çıxacağıq. Avqust ayında isə çəkilişlərə yenidən başlayacaqıq".
Aktrisa Aybəniz Haşımovanın qızı Aynişan haqqında da danışıb:
"Aynişan mənim qızımdır, Aybənizin mənə əmanətidir. O, hər zaman mənim yanımdadır, mənim və yoldaşımın ailəsi onu inanılmaz dərəcədə çox sevirlər. Çox özəl günlərimdə həmişə yanımda olur. Qalada da sağ olsun yanımda oldu. Aynişan universitetdə magistraturanın son ilini oxuyur. Eyni zamanda oxuduğu universitetde rektorun köməkçisi vəzifəsindədir. Aynişan çox ağıllı, mədəni və gözəl qızdır. Əgər o istəsə, Türkiyədə çox seriallarda oynaya bilər. Amma istəmir, daha çox iş həyatı üzrə çalışmaq istəyir. Bütün rejissorlar onu görəndə maraqlanıb, soruşurlar. Amma Aynişanın aktrisa olmaqla bağlı bir fikri yoxdur".
Əli Rəhimoğlu
Milli.Az












