Xalq artisti Şahnaz Haşımovanın səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, bu barədə xalq artistinin bacısı, əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb.

O, bacısına görə, narahatlıq keçirdiyini qeyd edib:

“Səsimdə səsin, nəfəsimdə nəfəsin, ruhumda ruhun, bacım. Heç vaxt xəstələnmə. Yaxşı ki, özü zəng vurub dedi. Başqası zəng vursaydı, bəlkə də ürəyim dayanardı. Allah səni qorusun, bacım. Sən mənim dünyada qoynunda uyuduğum ikinci anamsan, canımsan, nəğmələrimsən. Xəstələnmə, qurban olum. Sənsiz mən yaşaya bilmərəm. Bir dünyadayıq, rahatam. Bax beləcə rahat qalmaq istəyirəm. Hələ dünən danışanda, “Allah eləməsin, birdən mənə nə isə olsa, məni yanına apar, Bakıya... Sənin yanında olmaq istəyirəm” demişdin. Mən isə deyirəm, “ Bacım, Allah eləməsin sənə nə isə olsun. Allah məni səndən qabaq öldürsün. Hər şey yaxşı olacaq. Qadan alım. O səs sussa, mən də susacam”.

Əməkdar artist: “O səs sussa, mən də susacam” - foto