Bu günə kimi heç bir estetik əməliyyat etdirməyən xalq artisti Zülfiyyə Xanbabayeva bunun səbəbini açıqlayıb.
Milli.Az big.az-a istinadən xəbər verir ki, ATV-də yayımlanan "5-ci element" verilişinin qonağı olan sənətçi bildirib ki, estetik əməliyyatın uğursuz alınacağından qorxur:
"Etiraf edim ki, bu vaxta qədər özümü gözəllər gözəli sayırdım. Plastik əməliyyat deyəndə deyirdim ki, "Siz nə danışırsınız axı?" Həmin vaxtlar fikirləşirdim ki, heç vaxt əməliyyat etdirməyəcəyəm. Amma artıq görürəm ki, yaş artdıqca buna ehtiyac yaranır. Plastik əməliyyat etdirməyi düşünürəm.
Sadəcə, yenə qorxuram...Qorxuram ki, üzümün mimikası, cizgiləri dəyişər. Qorxuram yatanda gözlərim bağlanmaz (gülür). Bir sözlə, uğursuz əməliyyatdan çox qorxuram".
Milli.Az