1918-ci mayın 28-də Şərqdə ilk Demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu hakimiyyət 23 aylıq faliyyətdən sonra 1920-ci ilin aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib və düz 71 il sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edib.

Azərbaycanda Respublika günü qeyd olunur

1918-ci ilin aprelin 25-də Şaumyan başda olmaqla xalq komissarları soveti yaradıldı. Cəmi bir aydan sonra artıq iki hakimiyyət var idi. Tiflisdə müstəqil Azərbaycan Cumhuriyyəti, Azərbaycanın özündə isə daşnak Şaumyanın başçılığı ilə Xalq Komissarları Soveti. 18 gün Tiflisdə fəaliyət göstərdikdən sonra Azərbaycanın Milli Şurası Gəncəyə köçdü. Azərbaycanın bir qütbündə - Gəncədə Azərbaycan milli höküməti, Bakıda isə daşnak höküməti fəaliyyət göstərirdi.

1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Ardınca mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.

Şaumyan başa düşürdü ki, Gəncədə yerləşən milli hökümət xalqın dəstəyinə arxalana bilər. Bu səbəbdən mərkəzdən yeni hərbi qüvvə tələb olundu. Məqsəd Gəncə istiqamətinə yürüş edərək, milli höküməti elə beşiyindəcə boğmaq idi. Bu istəyi reallaşdırmaq üçün Gəncə istiqamətində hərəkət başlandı. Azərbaycan milli höküməti isə Nuru paşanın rəhbərlik etdiyi Türk Ordusuna arxalanaraq, Bakı istiqamətinə hərəkət etdi. 1918-ci il iyulun 27-də Göyçay ətrafındakı döyüşdə bolşeviklərin dəstəsi darmadağın edildi və şaumyan Xalq Komisarları Şurasının istefasını elan etdi. Əvəzində Bakıda milli hökümət yox, Kaspi diktaturası yaradıldı. Bu, ingilislərin artıq Bakıda faktiki hakimiyyətə gəlməsi idi.

Azərbaycanda Respublika günü qeyd olunur

Nuru paşanın hərbi qüvvəsinə arxalanan Azərbaycan höküməti 1918-ci il sentyabrın 15-də Bakıya daxil olur və Azərbaycan milli höküməti bütün Azərbaycanda siyasi hakimiyyəti ələ alır. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinə seçkilər keçirilir. Azərbaycan parlamentli respublika elan edilir.

Milliyyətçilik, türkçülük, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, bərarbərlik, cümhuriyyətçilik kimi anılan müsavatçılıq ideologiyasının, Müsavat firqəsinin əsası qoyuldu. "İnsanlara hürriyyət , millətlərə istiqlal" şüarı Azərbaycanı qurtuluşa haraylayan çağırış oldu. Şərqdə ilk demokratik cümhuriyyət yarandı. Bu hakimiyyət 23-ay faliyyətdən sonra 1920-ci il aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut etdi.

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalq cümhuriyyətinin idealarını davam etdirərək, bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratdı

Dünya Azərbaycanlılarının 28 May Təbriki