Alban nazirin sözlərinə görə, təmsil etdiyi ölkə gələn ildə külək və günəş enerjisi mənbələrinin təşviqinə başlayacaq:
“Enerji diversifikasiyası NATO-da proritet olmalıdır. Bizım resurslarımızın şaxələnməsi üçün imkanlarımız var, buna görə də SGC məqsədlərimizə nail olmaq üçün çox əhəmiyyətlidir. SGC-nin enerji magistralı olması gözlənilir”.
D. Gjiknuri deyib ki, enerji məsələsi həm də təhlükəsizlik məsələsidir:
“Avropanın qazdan asılılığı getdikcə artır və bu enerji mənbələri olan ölkələrdə qeyri-sabitlik və regional konfliktlərin yaranmasına səbəb olur”.