İspaniyanın "Barselona" klubunun braziliyalı ulduzu Neymar Jr. istirahətindən olan görüntüləri sosial şəbəkədə paylaşır.
Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, hazırda Neymar Amerika Birləşmiş Ştatlarındadır.
Məşhur müğənni Castin Biber də təzəlikcə sosial şəbəkədə öz bağından video paylaşıb. Videodan görünür ki, evin həyətində Castinlə Neymar topla oynayaraq fristayl nümunələrini "məşq edirlər".
Milli.Az