Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Ermənistan Təhlükəsizlik Şurası katibi postu Artur Baqdasaryanın bu vəzifədən 2014-cü ilin aprelində getdikdən sonra vakant idi.
"Armen Gevorkyan Təhlükəsizlik Şurası katibinin vəzifələrini lazımi şəkildə icra etmək üçün kifayət qədər təcrübəyə malikdir", - Serj Sarqsyan bildirib.
A.Gevorkyan 1997-ci ildən 2014-cü ilə qədər Ermənistanın dövlət idarəetmə sistemində işləyib, baş nazirin köməkçisi, prezidentin köməkçisi, prezidentin birinci köməkçisi, prezident administrasiyasının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi, ərazi idarəetmə naziri və baş nazirin müavini vəzifələrində çalışıb.