ANS-dən uşaqlara sürpriz (FOTO)

ANS-dən uşaqlara sürpriz (FOTO)
14:51 3 Yanvar 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün ANS TV-nin pavilyonu balacaların ixtiyarına verilmişdi.

ANS PRESS-in məlumatına görə, ANS Şirkətlər Qrupunun əməkdaşlarının uşaqları Yeni ili bayramını birlikdə qeyd etdilər. Bayram şənliyində xeyli sayda ANS-çinin övladı iştirak edirdi.

Yeni il şənliyində uşaqların sevimli personajları Barni, Maşa və Medved və şən kloun iştirak edirdi. Bütün dünya uşaqlarının sevə-sevə izlədiyi, o cümlədən ANS-də də yayımlanan "Barni və dostları" teleproqramının baş qəhrəmanı, uşaqların yaxın dostu olan Barni balaca dostları ilə birlikdə rəqs edib, onlarla əylənib.

Balacaları əyləndirən Qar qız və Şaxta baba da uşaqlar üçün bir-birindən maraqlı oyunlar keçirdilər.

Yeni il şənliyində sehirbazın göstərdiyi maraqlı sehr şousu da balacaları heyran etdi. Tədbirin sonunda isə uşaqları daha bir sürpriz gözləyirdi. Sonda bütün balacalara ANS Şirkətlər Qrupu adından hədiyyələr paylanılıb.









































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR