Son günlər dünya ulduzu Castin Biberlə bağlı pis xəbərlər yayılır.

Axşam.az-ın Rusiya KİV-inə istinadən xəbərinə görə, bu dəfə Kanadadakı konsert zamanı müğənninin başına iş gəlib.

Belindən düşən şalvarını düzəltməyə çalışan Biber yerə yıxılıb. Özünü itirməyən 22 yaşlı ulduz ayağa qalxıb və qorxduğunu deyib:

“Pişik kimi ayaqlarım üstdə yerə düşdüm, çox qorxdum”.

Qeyd edək ki, Castin bundan əvvəl də bir neçə dəfə səhnədə yıxılıb.