Əfqanıstanın cənub-şərqində, Paktika əyalətində hava zərbəsi nəticəsində azı 18 silahlı məhv edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat Qayan rayonu ərazisində həyata keçirilib.
Yerli polis nümayəndəsi zərbələrin xarici Hərbi-Hava Qüvvələri tərəfindən endirildiyini qeyd etsə də, onların hansı ölkəyə məxsus olduğunu dəqiqləşdirməyib.
Milli.Az