Bu gün Avropa çempionatının 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarımfinal uğrunda iki Avropa nəhəngi - Almaniya ilə İtaliya mübarizə aparacaqlar.
Turnirin favoritlərindən hesab olunan, ancaq çempionat başlayandan bəri istədiyi oyunu heç cür nümayiş etdirə bilməyən Almaniya millisi yalnızca 1/8 finalda Slovakiya ilə oyunda nisbətən rahat qələbə qazanmışdı.
"Bundestim"in əksinə, yarışdan əvvəl şansları o qədər də yüksək dəyərləndirilməyən İtaliya yığması isə hər kəsi təəccübləndirməyə davam edir. Özünəxas oyun üslubuna malik "mavilər" qarşılarına çıxan rəqibləri növbə ilə yolundan kənarlaşdırmağı bacarıb. Antonio Kontenin yetirmələri 1/8 finalda erkən final olaraq dəyərləndirilən İspaniya ilə matçda da inamlı qələbə qazanıb.
Bu dəfə isə hədəf turnirin daha bir favoritini - son dünya çempionunu evə yollamaqdı.
Avropa çempionatı
1/4 final
2 iyul
23:00. Almaniya - İtaliya
Baş hakim: Viktor Kassai
Yan xətt hakimləri: Qyorqi Rinq, Vençel Töt
Əlavə köməkçi hakimlər: Tamas Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Simon Marçinyak
Milli.Az















