Xalq artisti Gülyaz Məmmədovanın oğlu Ramazan ilə münasibətləri soyuyub. Yenicə barışan ana-bala "10 dan sonra" kamerası qarşısında bir çox etiraflar edib:
"Oğlumla aramızda bu günlərdə bir az inciklik yaşandı. Cavan uşaqdır, bəzən tələbatlarını ödəyə bilməyəndə məndən inciyir. Şəxsi maşın istəyirdi, mən almadım. Ona görə də bir az incimişdi. Amma artıq barışmışıq, ana və bala arasında inciklik olmaz ki..."
Xalq artisti oğluna qız axtardığını da etiraf edib:
"Oğluma qız axtarıram, kimi görürəmsə, ona təklif edirəm. Şou-biznesdən də namizədlər var", - deyə xalq artisti bildirib.
Qeyd edək ki, xalq artistinin oğlu Ramazan Şərifzadə İncəsənət Universitetində təhsil alır və müğənnidir. O birlikdə anası ilə bir neçə verilişdə qonaq da olub.
Əli Rəhimoğlu
Milli.Az













