"İctimaiyyətdə tanınan gəncləri hədəf seçənləri başa düşə bilmirəm".

Milli.Az primetime.az-a istinadən bildirir ki, Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova sosial şəbəkədə kəskin status yazan qızı Aynişanın müdafiəsinə qalxdı. Əməkdaşımızla söhbətində Aybəniz xanım fikirlərini belə dilə gətirdi: "Qızım nə yazıbsa haqq edir. Bəli, bir insanı sevməmək olar, amma hörmət etmək vacibdir. Aynişan da içində olmaqla ictimaiyyətdə tanınan gəncləri hədəf seçənləri başa düşə bilmirəm. Axı onlar kimin sifarişi ilə şəxsiyyətə toxunan şərhlər yazırlar? Vallah ayıbdır. Hamını istedadları övladlarımızı qorumağa səsləyirəm. Gəlin, Azərbaycanın savadlı gənclərinə sahib çıxaq. Üvanlarına mənfi sözlər yazıb, onları ruhdan salmaq bizə heç nə qazandırmayacaq".

Milli.Az