"Nə qədər soyunan varsa, mükafat alır"

"Nə qədər soyunan varsa, mükafat alır"
10:27 4 Yanvar 2015
303 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Niran Ünsal musiqi sahəsində qruplaşmanın olduğunu söyləyib
Türkiyəli müğənni Niran Ünsal son zamanlar haqqında söylənən fikirlərə münasibət bildirib.

Anspress-in məlumatına görə, Türkiyənin “A Haber” telekanalında yayımlanan “Deşifrə” proqramına qonaq olan müğənni Niran Ünsal musiqi sahəsində qruplaşmanın olduğunu söyləyib.

“Türkiyədə nə qədər soyunan varsa, mükafat alır. Sənət və estetikanı qəbul edirəm, lakin sənətdə pornoqrafiyanı başa düşmürəm. Media rəhbərləri ilə prodakşnlar arasında ciddi qruplaşma mövcuddur. Bu illeqal qruplaşmanın qarşısını almaq üçün hökumət tərəfindən müdaxilə olmalıdır. Hər il onların 7 trilyon gəliri olur” - deyə müğənni gündəmə səs-küy salan açıqlamalar verib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl "Aysha" jurnalı üçün çəkdirdiyi şəkillər və verdiyi açıqlamalar səbəbindən tənqidlərə tuş gəlmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR