Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən "Retro Bakı" layihəsinin növbəti konsertləri 23-24 iyul saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Bu həftənin konsert proqramında tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı, həmçinin müğənnilər Nəzakət Məmmədova, Tural Mehri, Nigar Süleymanova, Mehman Tağıyev, "Odlar Yurdu" qrupu maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görşünə gələcəklər.
Retro musiqisini sevənləri həftə sonunu bizimlə keçirməyə dəvət edirik!
Milli.Az
