Braziliyalı müdafiəçi karyerasında ikinci dəfə legioner həyatı yaşayıb. O, ötən mövsümü "Neftçi"də icarədə olub.
Aylton Praya təmsilçisinin rəsmi saytına açıqlamasında yeni komandasına Avropa Liqasına vəsiqə qazanmağa yardımçı olacağını bildirib: "Burada çox yaxşı qarşılandım. "Eştoril"də yaxşı işlər görəcəyimizə ümidvaram. Özümü sürətli, fiziki cəhətdən güclü oyunçu sayır və hücumlara atılmağı sevirəm. Yeni komandama ötən mövsüm çox yaxın olduğu Avropa Liqasına vəsiqə qazanmaq üçün kömək edəcəyəm".
Qeyd edək ki, "Eştoril" Portuqaliya yüksək divizionunu 8-ci pillədə başa vurub.