Ramil Şeydayev "Trabzonspor"da ikinci qolunu vurub. Fanat.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu Macarıstanın MTK klubu ilə yoxlama oyununda fərqlənib.


O, komandasının dördüncü qolunun müəllifi olub. Meydana əsas heyətdə daxil olan Ramil 70-ci dəqiqədə əvəzlənib.


Qeyd edək ki, "Trabzonspor" - MTK oyunu birincilərin 5:0 hesablı qələbəsi ilə başa çatıb.



Fanat.az