İrəvanda Ermənistan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşının meyiti tapılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Xaçatur Kaqramanyanın meyiti mənzildə asılmış vəziyyətdə anası tərəfindən aşkar edilib. İlkin məlumata əsasən, onun üzərində zorakılıq əlamətləri olmayıb.
Hadisənin təfərrüatları araşdırılır.
Milli.Az