Bülənt Ərsoy təyyarədə qalmaqal yaratdı

Bülənt Ərsoy təyyarədə qalmaqal yaratdı
18:32 4 Yanvar 2015
120 Dünya
Ölkə mətbuatı
A- A+

Antalyadan İstanbula gəlmək üçün təyyarəyə minən türkiyəli müğənni Bülənt Ərsoy qalmaqal yaradıb
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, ifaçı xəbərdarlıqlara baxmayaraq, təhlükəsizlik kəmərini taxmayıb. Havaya qalxmağa hazırlaşan təyyarənin pilotu Ərsoyun bu hərəkətinə görə uçuşu təxirə salıb.

Digər sərnişinlər də müğənninin inadına qarşı çıxaraq, şikayət edib. Bülənt daha sonra onlarla dalaşmağa başlayıb. Hava limanının işçiləri məsələyə qarışaraq Ərsoyu yola gətiriblər. Bir saat davam edən mübahisədən sonra ifaçı kəmər taxmağa razılaşıb və təyyarə yoluna davam edib.

B.Ərsoyun əməliyyat olunduğu üçün kəmər taxmaq istəmədiyi ortaya çıxıb.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR