Hesabat dövründə kredit sığortasına görə ödənişlər də kəskin azalıb. Belə ki, sığortaçılar vəfat etmiş və yaxud əmək qabiliyyətini itirmiş borclanların kreditini bağlamaq üçün 31 464 manat ödəniş ediblər. Bu isə 1 il əvvələ nisbətən təxminə 3 dəfə azdır.
Ən maraqlısı isə odur ki, kredit sığortasına görə daxilolmalar ödənişlərdən təxminən 10 dəfə azdır. Halbuki, ötən ilin ilk 6 ayında sığorta şirkətləri bu sahədə yığımlarının cəmi 22%-ni ödənişə yönəldib. Yəni, kredit götürənlər bu il sığortaçıları ziyana salıblar.